Ritual Xidmət

Peşəkar və şəfqətli ritual xidmətləri

Biz bu çətin dövrlərdə ailələrə tam dəstək göstərərək, ən yüksək səviyyədə ritual xidmətləri təqdim edirik. Hər bir xidmət diqqətlə və hörmətlə yerinə yetirilir.

Cənazənin daşınması

Cənazənindaşınması

Yaxın insanla vidalaşmaq – hüzn və həyəcan dolu anlardır və onlara təşkilati məsələlərə görə narahatlıq və təşviş qatmağa dəyməz. Dəfnin təşkilinin “təlaş” doğuran məqamı həmişə tabutun daşınması və bu məsuliyyətli işin kimə etibar edilməli olması – tabut daşıyanlar olmuşdur.

Cəsədin balzamlanması

Cəsədinbalzamlanması

Cəsədin balzamlanması – çürümə proseslərini yubatmaq məqsədi ilə dəfn edilənə qədər mərhumun cəsədi üzərində aparılan prosedurlar kompleksi. Cəsədin balzamlanması balzamlayıcı məhlulların inyeksiya vasitəsilə yeridilməsi ilə həyata keçirilir.

Dəfn

Dəfn

Azərbaycan, Bakı, Gürcüstan, Rusiya və rayonlarda dəfnin təşkili Dəfnin təşkili – dünyasını dəyişmiş insanlarla vidanın ayrılmaz mərhələsidir. Qohumların fikrinin təşkilati məqamlara yayınmaması və onların yaxın insanla rahat şəkildə vidalaşa bilmələri üçün hər şeyi nəzərə almaq və düşünmək vacibdir.

Çadır

Çadır

Çadırların kirayəsi və qiymətləri Hər növ mərasim çadırların (VİP və sadə) quraşdırılması. Yüksək xidmətimizlə komandamızla sizin qarşınızdayıq.

Cəsədin eksqumasiyası

Cəsədineksqumasiyası

İnsan cəsədinin eksqumasiyası Cənazənin qəbirdən çıxarılması və başqa yerdə təkrar dəfn edilməsi və ya onunla bağlı istintaq eksperimentlərinin aparılmasına yönəldilmiş bütün prosedur və işlər eksqumasiya adlanır. Bu prosedur yalnız hüquq mühafizə orqanlarının tövsiyələrinin olduğu halda və ya vəfat etmiş insanın qohumlarının tələbi ilə yerinə yetirilir. Eksqumasiyanın yerinə yetirilməsi yalnız vəfat etmiş şəxsin ölüm səbəbinin yoxlanması və təsdiq edilməsi, onun şəxsiyyətinin identifikasiyasına ehtiyacın yarandığı, eləcə də dünyasını dəyişmiş insanın son istəyini yerinə yetirən qohumlarının ayrıca istəyinin olduğu hallarda zəruridir. Bəzən eksqumasiya ümumi məzarlıq yerlərinin başqa yerə miqyaslı köçürülməsi zamanı da həyata keçirilir.

Dəfn maşını

Dəfnmaşını

Dəfnin təşkili və keçirilməsi prosesində mühüm təşkilati məqam dəfn maşının axtarışı və seçimidir. Azərbaycanda bakı şəhərində mərasim xidmətimizin sərəncamında müxtəlif sinif avtomobillərdən ibarət şəxsi avtopark var.

Dezinfeksiya

Dezinfeksiya

“Ritual xidmətlər AzBaku” dəfn bürosunun mütəxəssisləri insanın ölümü və binada uzun müddət qalmasından sonra yaranmış xoşagəlməz qoxu, bakteriya və toksinlərdən yaxa qurtarmağa imkan verən xidmətlər kompleksi təqdim edir. Müasir avadanlığın köməyi ilə xüsusi preparatlarla yerinə yetirilən dezinfeksiyadan sonra təmizlənmiş binada bakteriya və qoxudan iz belə qalmayacaq.

Ehsan

Ehsan

Ehsan dəfnin keçirilməsinin məntiqi sonluğu, insanın ölümünü dərk və qəbul etmək, onu yad etmək, xoş sözlə xatırlamaq və qohum və yaxınlarını dəstəkləməyə imkan verən yekun prosedurdur. Bizim ritual agentlərimiz Sizin tövsiyə və istəklərinizi nəzərə almaqla ehsan vermək üçün yer seçəcəklər. Müəssisənin inzibatçısı ilə birlikdə biz menyunu razılaşdıracaq, zalın tərtibat xüsusiyyətlərini, eləcə də oturma yerlərinin sayını dəqiqləşdirəcəyik. Biz yalnız keyfiyyətli servis təqdim edən, ehsan menyusunun çeşidliliyinə zəmanət verən və yeməkləri müstəsna olaraq təzə məhsullardan hazırlayan sınanmış və etibarlı ictimai iaşə müəssisələri ilə əməkdaşlıq edirik.

Kremasiya

Kremasiya

Azərbaycanda kremasiya – ən qənaətli dəfn formasıdır. İçində meyitin külü olan urnanın kolumbarinin oyuğuna basdırılması adi dəfnlə bağlı, qəbiristanlıqda sahənin alınması, başdaşının qoyulması, sahəyə qulluq və s. kimi xərclərə qənaət etməyə imkan verəcək. Urnanı torpağa basdırırsınızsa, bunun da öz müsbət cəhətləri var: ölçüsünə (və qiymətinə) görə daha kiçik sahə tələb olunacaq və 15 illik sanitar müddətin bitməsini gözləmək lazım deyil. Moskvada üç dövlət krematorisi fəaliyyət göstərir: Rusiya krematoriləri Nikolo-Arxangelsk, Mitinsk və Xovansk qəbiristanlıqlarında yerləşir.

Məzara xidmət

Məzaraxidmət

Azərbaycan, Rusiya, Ukraynanın bütün qəbiristanlıqlarında məzarlara xidmət Məzarlıqların qulluq olunmuş şəkildə saxlanması və məzarın təmizliyinə daimi qayğı – vəfat etmiş doğma insanın layiqli xatirəsinin qorunmasının ayrılmaz elementi, eləcə də onun doğma və yaxınlarının sevgisinin göstəricisidir. Biz müxtəlif hallar səbəbindən bu işlə məşğul ola bilməyən hər kəsə məzarlara qulluq xidmətləri təqdim edirik.